AZ

ABŞ Epşteyn işi ilə bağlı yüz minlərlə sənədi ictimaiyyətə təqdim edəcək

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Ədliyyə Nazirliyi azyaşlılara qarşı cinsi istismar ittihamı ilə gündəmə gəlmiş amerikalı maliyyəçi Ceffri Epşteynin işi üzrə yüz minlərlə yeni sənədi ictimaiyyətə təqdim edəcək.APA xəbər verir ki, bu barədə ABŞ baş prokurorunun müavini Todd Blanş Fox News telekanalına müsahibəsində məlumat verib.

“Minlərlə sənədi dərc edəcəyimizi gözləyirəm. Bu materiallar müxtəlif formatlarda olacaq: fotoşəkillər və Epşteynlə bağlı aparılmış bütün istintaqlara aid digər sənədlər”, – deyə Blanş bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
1
apa.az

3Mənbələr