İtaliya Superkubokunda ikinci finalçı müəyyənləşib.
QOL.az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən yarımfinalın ikinci qarşılaşmasında “İnter” “Bolonya” ilə qarşılaşıb.
Matçın əsas vaxtında qalib aşkarlanmayıb - 1:1. Penaltilər seriyasında daha dəqiq oynayan “Bolonya” finala adlayıb.
“Bolonya” - “İnter” - 1:1 (pen - 3:2)
Qollar: Türam, 2 (0:1), Orsolini, 35-pen. (1:1)
Beləliklə, dekabrın 22-də keçiriləcək həlledici qarşılaşmada “Bolonya” “Napoli” ilə üz-üzə gələcək.