AZ

 Avropa Komissiyası Gürcüstanı vizasız rejimi ləğv etməklə hədələyir

Tbilisi Brüsselin tövsiyələrini yerinə yetirməsə, Avropa Komissiyası Gürcüstanla vizasız rejimi tamamilə ləğv etməyi düşünür.

"Ölkə.az"ın məlumatına görə, AK hesabatında bildirilir ki, bu tədbirlər Gürcüstan hakimiyyətinin demokratik normalara və 2017-ci ildən bəri qüvvədə olan vizasız rejimin şərtlərinə riayət etmək üçün Avropa Birliyinin tələblərinə əməl etməməsindən irəli gəlir.

Sənəddə qeyd olunur ki, Avropa Komissiyası Gürcüstanda fundamental hüquq və azadlıqların ciddi şəkildə pozulması, o cümlədən ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinin pozulması ilə bağlı narahatlığını bildirib və dəfələrlə Gürcüstan hakimiyyətini bu məsələlərin həlli üçün təcili tədbirlər görməyə çağırıb.

Elvin

Ölkə.az

Seçilən
51
olke.az

1Mənbələr