Türkiyə Superliqasında 17-ci tura start verilib
Paralel.az xəbər verir ki turun açılış matçında “Kocaelispor” öz meydanında “Antalyaspor”u qəbul edib.
Görüş meydan sahiblərinin qələbəsi ilə tamamlanıb.
“Kocaelispor” - “Antalyaspor” - 2:1
Qollar: Smolçiç, 24 (1:0), Giannetti, 32 (1:1), Bingöl, 37 (2:1)
Bu qələbə sayəsində xallarının sayını 23-ə çatdıran “Kocaelispor” turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. “Antalyaspor” isə 15 xalla 15-cidir.