AZ

Milli Məclis Amnistiya aktını qəbul etdi

"Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərar layihəsinin müzakirəsi başa çatıb.

 

Senzor.az-ın məlumatına görə, iclasda qeyd olunub ki, qərar qüvvəyə mindiyi gündən dörd ay müddətində amnistiya tətbiq ediləcək.

 

Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.

 

Qeyd edək ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü Prezident İlham Əliyev irəli sürüb.

Seçilən
4
6
senzor.az

10Mənbələr