Xorvatiya çempionatında 18-ci tura start verilib.
QOL.az xəbər verir ki, turun açılış matçında milli komandamızın üzvü Rüfət Abdullazadənin də formasını geydiyi “Varazdin” öz meydanında “İstra 1961”i qəbul edib.
Abdullazadə əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib. Matç “Varazdin”in 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Bununla da Abdullazadənin komandası ardıcıl ikinci tur xalsız qalıb.
Qeyd edək ki, bu məğlubiyyətdən sonra 23 xalda qalan “Varazdin” 5-ci pillədə qərarlaşıb.