AZ

Biləcəridə yeni kanalizasiya xəttinə görə sakinlərə kompensasiya vədi verilib – VİDEO

Biləcəri qəsəbəsi, Tomris küçəsində işlər sürətlə davam edir.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl bu ərazidə kanalizasiya kollektorunun çökməsi, kollektor üzərində inşa edilən evlərə də ciddi təsir edib. Hətta bu səbəbdən bir neçə ev uçma təhlükəsi ilə üz-üzə qalıb.

Hazırda ərazidə yeni kanalizasiya xətti çəkilir. Ziyan dəyən evlərdən birinin sahibi də bildirib ki, evin təmiri istiqamətində hazırda iş görülməsə də, ilkin mərhələdə xətlər yenisi ilə əvəz olunur.

Evi qəzalı vəziyyətdə olan vətəndaş iddia edir ki, bəzi evlər təxliyə olunub və sakinlərə kompensasiya vədi verilib.

O ki, qaldı, Agentliyin evlərin kollektorun üzərində tikilməsi ilə bağlı açıqlamasına, sakinlər “Xəzər Xəbər”ə açıqlamasında bildiriblər ki, onların mənzillərinin çıxarışı var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
22
1
nocomment.az

2Mənbələr