Bakı. Trend:
ABŞ-nin Arizona ştatında yerləşən “Luke” Hərbi Hava Qüvvələribazasında naməlum bir şəxs tərəfindən atəş açılması faktı qeydəalınıb.
Trend xəbər verir ki, bubarədə bazanın rəsmi “Facebook” səhifəsində paylaşılmış açıqlamadaməlumat verilib.
Bildirilib ki, atışma ilə bağlı daxil olan məlumatlar əsasında“Luke” bazasında müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.Şəxsi heyətə olduqları yerlərdə qalmaq və təhlükəsiz sığınacaqlarakeçmək göstərişi verilib.
Hazırda hadisə nəticəsində xəsarət alanların olub-olmaması vəatəş açan şəxsin şəxsiyyəti ilə bağlı hər hansı məlumataçıqlanmayıb.