AZ

Belçikada muzeydən Napoleona məxsus üzük oğurlandı

Belçikanın Jenap kommunasında yerləşən Son Qərargah Muzeyində Napoleon Bonaparta məxsus üzük naməlum şəxslər tərəfindən oğurlanıb.

Manset.az xəbər verir ki, bu barədə RTBF telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə dekabrın 17-dən 18-nə keçən gecə baş verib. Oğurlanan eksponatlar arasında birbaşa Napoleona məxsus olduğu bildirilən almaz qaşlı qızıl üzük, eləcə də Napoleon dövrünə aid qızıl və gümüş sikkələr yer alıb.

    Faktla bağlı araşdırma başlanıb.

    Seçilən
    75
    4
    manset.az

    10Mənbələr