Belçikanın Jenap kommunasında iki naməlum şəxs "Napoleonun Son Qərargahı" muzeyinə daxil olaraq kolleksiyadan bir neçə əşya oğurlayıb.Bu barədə RTBF telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə dekabrın 17-dən 18-nə keçən gecə baş verib. Oğurlanan əşyalar arasında Napoleona məxsus brilyant qaşlı qızıl üzük, həmçinin Napoleon dövründə buraxılmış qızıl və gümüş sikkələri olub.
Hadisə ilə bağlı istintaq başlanıb.