"Qalatasaray"ın sağ cinah müdafiəçisi Vilfrid Sinqo karyerasını İngiltərənin "Kristal Pelas" klubunda davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, Premyer Liqa klubu 24 futbolçunun xidmətində maraqlıdır. Komandanın heyətində baş verən itkilər klubun sağ cinahı gücləndirmək zərurətini yaratıb.
Belə ki, Daniyel Munyos diz zədəsi səbəbindən qeyri-müəyyən müddət oyunlardan kənarda qalacaq. Bu vəziyyət Fil Dişi Sahili müdafiəçini klubun əsas hədəfi edib.
Məlumata görə, Sinqonun oyun üslubu və keyfiyyəti onu "Kristal Pelas" üçün prioritet hədəfə çevirib. Bu mövqedə digər namizədlər Saşa Boe ("Bavariya") və Vanderson ("Monako") olsa da, Sinqo öndədir.
Singo bu ilin yayında ("Monako"dan "Qalatasaray"a 31 milyon avro qarşılığında transfer olunub. Hazırda o, türk klubunun heyətində 10 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.
Müdafiəçinin "Qalatasaray"la mövcud müqaviləsi 2030-cu ilə qədər nəzərdə tutulub. Transfermarkt portalına görə, onun bazar dəyəri 28 milyon avrodur.