AZ

Platin qiymətləri ən yüksək səviyyəyə çatdı

ain.az, Olke.az saytına istinadən bildirir.

2026-cı ilin yanvarında çatdırılacaq platin fyuçerslərinin qiyməti Nyu-York Əmtəə Birjasında ("NYMEX") bir troya unsiyası üçün 15 iyul 2008-ci ildən bəri ilk dəfə 2 000 ABŞ dollarını keçib.

"Ölkə.az" xəbər verir ki, Bakı vaxtı ilə saat 20:53-ə olan göstəricilərə əsasən, platin fyuçerslərinin qiyməti 3,01% artaraq bir troya unsiyası üçün 2 020 ABŞ dollarına çatıb. Bu ilin əvvəlindən qiymət iki dəfədən çox – 115,39% yüksəlib, dekabrın əvvəlindən isə 16,46% artım qeydə alınıb.

Eyni zamanda, "NYMEX"də mart 2026-cı ildə çatdırılması ilə palladium fyuçersinin qiyməti troya unsiyası üçün 1 789 dollar səviyyəsində olub (+0,8%).

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
66
6
olke.az

7Mənbələr