AZ

Küldən doğulan əsər


Tomas Karleyl həyatının ən böyük əsərini – “Fransız inqilabının tarixi”ni yazıb qurtardıqdan sonra dərin bir “oh” çəkdi. Bu böyük əsər təkcə həyatının ən böyük əsəri yox, həm də həyatının ən çətin əsəri idi. Bəlkə də elə buna görə bu əsəri yazmaq üçün tam iki il lazım gəlmişdi. O, sözün tam mənası ilə bu kitaba hər şeyini vermiş, parlaq zəkasından doğulan düşüncələri səbirlə və təmkinlə bu kitaba köçürmüşdü. Ancaq bütün bu çətinliklərə baxmayaraq kitab artıq hazır idi. Və əlyazmaları bir iplə bağlayıb fikrini öyrənmək üçün yaxın dostu Con Stüart Millə apardı...
Günlər keçdi və bir axşam Karleylin qapısında atlı bir araba dayandı. Karleyl sevinc içində qapıya doğru getdi. Bu Millin arabası idi. Karleyl səbirsizliklə yeni əsəri haqqında dostunun fikirlərini öyrənmək istəyirdi. Qapını açan kimi Con Stüart Millin ağappaq ağarmış xəstə üzünü gördü. Karleyl həyəcanla:
- Nə oldu? - deyə soruşdu.
Sözlər Millin ağzından çox çətinliklə tökülürdü. Və nəhayət o, dəhşətli həqiqəti söyləyə bildi. Millin xidmətçisi bilmədən Karleylin əlyazmalarından buxarını yandırmaq üçün istifadə etmişdi. Tomas Karleyl heç bir şey demədi. Ancaq çox məyus olduğunu üzünün az qala hər cizgisindən hiss etmək olardı.
Bu dəhşətli xəbərdən sonra Karleyl günlərlə otağında dayanmadan var-gəl etdi. Çünki həyatının iki ili sözün əsl mənasında yanıb kül olmuşdu. Halbuki o içindəki hər şeyi bu kitaba tökmüşdü. İndi isə o özünü qurumuş bir ağac kimi hiss edirdi. Bundan sonra içindəki o atəşi bir daha yandırmaq yəqin ki, ona çox baha başa gələcəkdi. Bütün bunları fikirləşdikcə Karleyl hər dəfə ümidsizliyə təslim olur və başını yelləməklə kifayətlənirdi.
O gündən Tomas Karleyl hər gün yuxarı mərtəbədəki otağına çıxmağa və saatlarla pəncərədən çölə baxmağa başladı. İndi o sanki çöldəki boşluğa yox, içindəki heçliyə baxırdı...
Bir dəfə yenə pəncərədən çölə baxanda diqqətini uzaqdakı bir adamın hərəkətləri cəlb etdi. Bir qədər də diqqətlə baxanda gördüyü şeyin nə olduğunu anladı. Bu, bir divar ustası idi. O, kərpicləri üst-üstə qoyur, divar hörürdü. Karleyl onu izləməyə başladı. Adam hər kərpici qoyandan sonra ehtiyatla palçığı sürtür, sonra başqa bir kərpici qoyurdu. Ustanın işini sevdiyini hərəkətlərindən də görmək olardı.
Seçilən
41
1
yeniavaz.com

2Mənbələr