Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
4 penalti dəf edən qapıçının qolu sındı
PSJ-nin qapıçısı Matvey Safonov zədələnib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qolkiper Qitələrarası kubokun "Flamenqo" ilə final matçında sıradan çıxıb. Rusiyalı futbolçunun qolu sınıb. Bildirilib ki, o, ən az 1 ay yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşan final görüşündə PSJ penaltilər seriyasında 2:1 hesabı ilə qalib gəlib. Safonov sözügedən oyunda 4 penalti dəf edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.