Astarada itkin düşmüş hesab edilən balıqçı Turan Həsənovun meyiti İran ərazisində tapılıb.
Aznews.az xəbər verir ki, 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun meyiti Xəzər dənizinin İran tərəfinə düşən hissəsində aşkarlanıb.
Hazırda meyitin Azərbaycan tərəfinə təhvil verilməsi istiqamətində müvafiq tədbirlər görülür.