Slovakiya Ukraynanın hərbi xərclərinin maliyyələşdirilməsinə qarşı çıxdığı üçün ilk dəfə olaraq Avropa Şurasının nəticələrini rədd edib.
AZƏRTAC xəbər verir ki, Slovakiyanın Baş naziri Robert Fitso bu barədə jurnalistlərə deyib. “Slovakiya Kiyevin hərbi xərclərinin maliyyələşdirilməsi ilə bağlı fikir ayrılığına görə, ilk dəfə olaraq Avropa Şurasının Ukrayna ilə bağlı nəticələrini dəstəkləməkdən imtina edib”, - deyə Robert Fitso bildirib. O, həmçinin Ukraynanın silaha ehtiyacının olmadığını vurğulayıb.
Baş nazirin sözlərinə görə, Avropa İttifaqının daxilində Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsi imkanları ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur və bu, böyük risklər yaradır.