AZ

Türkiyədə naməlum PUA düşdü


Türkiyənin qərbində yerləşən Kocaeli vilayətində mənşəyi məlum olmayan pilotsuz uçuş aparatı qəzaya uğrayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin İHA xəbər agentliyi məlumat yayıb.
“Yerli sakinlər dövlət orqanlarına məlumat veriblər ki, onlar Çubuklubala rayonu ərazisindəki kəndlərdən birində düşmüş PUA aşkar ediblər. Polis hadisə yerinə gəlib”, - məlumatda deyilir.
Hadisə ilə bağlı araşdırmalara başlanıldığı da bildirilib.
Seçilən
101
yeniavaz.com

1Mənbələr