AZ

Anri mükafatlandırıldı FOTO

ain.az bildirir, Bizim media saytına əsaslanaraq.

Fransa millisinin və “Arsenal”ın əfsanəvi kapitanı Tyeri Anri “Lifetime Achievement” (Ömürlük Nailiyyət) mükafatına layiq görülüb.Bizim.Media xəbər verir ki, BBC tərəfindən təşkil olunan mükafatlandırma mərasimi dekabrın 18-də keçirilib.BBC rəhbərliyi fransalı sabiq oyunçunun müasir futbolçu anlayışını yenidən formalaşdırdığını vurğulayıb, onun meydandakı istedadını, futbol zəkasını və bu idman növünə təsirini yüksək qiymətləndirib.Qeyd edək ki, Anridən əvvəl bu mükafatı Billi Cin Kinq, Pele, ser Bobbi Çarlton və Devid Bekhem kimi məşhur idmançılar qazanıblar.Anri isə açıqlamasında bunları deyib: “Futbol mənə hər şey verdi, mən də futbola. Bu mükafat sayəsində futbol tarixində daha da tanınacağam, azarkeşlərin və komanda yoldaşlarımın qəlbində iz buraxacağam. Bunu heç vaxt unutmayacağam”.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
2
bizim.media

3Mənbələr