AZ

"Fitch" 2028-ci ilə qədər Azərbaycanın beynəlxalq ehtiyatları ilə bağlı proqnozunu təqdim edib

Bakı. Trend:

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın rəsmibeynəlxalq ehtiyatlarının, o cümlədən qızıl ehtiyatlarının,qarşıdakı üç il ərzində tədricən azalacağını proqnozlaşdırır.

Trend bu barədə“Fitch"ə istinadən xəbər verir.

Agentliyin proqnozlarına görə, 2025-ci ildə ehtiyatlar 11,6milyard dollar təşkil edəcək, 2026-cı ildə 11 milyard dollaraenəcək və 2027-ci ildə 10,8 milyard dollara qədər azalacaq.

Müqayisə üçün, Azərbaycanın rəsmi beynəlxalq ehtiyatları 2022-ciildə 11,3 milyard dollar, 2023-cü ildə 13,7 milyard dollar, 2024-cüildə 12,7 milyard dollar təşkil edib.

Fitch qeyd edir ki, Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ)aktivləri qiymət artımı (qızıl qiymətlərinin yüksəlməsi və avronunmöhkəmlənməsi) sayəsində əhəmiyyətli dərəcədə artmağa davamedir.

“2024-cü ilin sonundan bəri fondun aktivləri 17% artıb və2025-ci ilin üçüncü rübünün sonunda 70,2 milyard dollar təşkil edib(ÜDM-in 91,2%-i). SOFAZ-ın portfelində qızılın payı 33%-ə çatıb vədolların payı ilə demək olar ki, bərabərləşib, bu isə 35%-dir.“Fitch” Azərbaycanın xarici ehtiyatlarının proqnozlaşdırılan dövrdətam dayanıqlı qalacağını gözləyir ”,-deyə agentliyin hesabatındaqeyd olunub.

Məqalədə:
Seçilən
116
2
az.trend.az

3Mənbələr