AZ

Azərbaycan Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirildi - FOTO

Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Baş nazir, ARDNF-nin Müşahidə Şurasının sədri Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Fondun 2026-cı il üzrə büdcə layihəsinin proqnoz göstəriciləri, o cümlədən, fondun gəlirləri və vəsaitindən istifadənin əsas istiqamətləri, fondun investisiya siyasəti, investisiya portfelinin valyuta tərkibi və gəlirliliyi, digər cari məsələlər ətraflı müzakirə olunub.

İclasda ARDNF-in icraçı direktoru İsrafil Məmmədovun məruzəsi dinlənilib.

İclasın yekununda fondun Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla qurumun 2026-cı il üçün büdcə layihəsinin ölkə başçısına təqdim olunması barədə müvafiq qərar qəbul olunub.



Bizim.Media

Seçilən
54
50
bizim.media

10Mənbələr