AZ

DSMF-nin 2026-cı il büdcəsi təsdiqləndi

Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsi təsdiqlənib.

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Qanuna əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üzrə xərcləri 8 milyard 483 milyon 70 min manat məbləğində müəyyən edilib. Xərclərin maliyyələşdirilməsi fondun 8 milyard 323,1 milyon manat gəlirləri və əvvəlki illərdən formalaşmış 159,97 milyon manat ehtiyat hesabına təmin olunacaq.

Fondun gəlirləri əsasən məcburi dövlət sosial sığorta haqları hesabına formalaşacaq. Bu mənbə üzrə daxilolmalar 6 milyard 591,1 milyon manat təşkil edir. Büdcənin balanslaşdırılması məqsədilə dövlət büdcəsindən fonda 1,7 milyard manat vəsait ayrılması nəzərdə tutulub.

Fondun xərclərinin 2026-cı ildə əsas hissəsi əhaliyə ödənişlərə yönəldiləcək. Belə ki, əmək pensiyalarının ödənilməsi üçün 7 milyard 992,9 milyon manat, sosial sığorta haqları hesabına müavinətlərin verilməsi üçün isə 203,6 milyon manat vəsait ayrılacaq. Eyni zamanda, sanatoriya-kurort müalicəsi, sosial xidmətlərin təşkili, bank əməliyyatları və fondun idarəetmə xərcləri də büdcədə əksini tapıb.

Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.

Seçilən
39
48
modern.az

10Mənbələr