AZ

"Fitch" Azərbaycanda 2028-ci ilə qədər real ÜDM artımı ilə bağlı proqnozlarını verib

Bakı. Trend:

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi bildirir ki,Azərbaycanın real ÜDM artımı 2025-ci ildə əvvəl proqnozlaşdırılan3,5% ilə müqayisədə 1,8% təşkil edəcək.

Trend xəbər verirki, “Fitch”in qiymətləndirmələrinə görə, 2026–2027-ci illərdəiqtisadi artım tempinin illik 2,4% səviyyəsində olacağıgözlənilir.

Agentliyin hesabatında qeyd olunur ki, 2025-ci ilin 11 ayıərzində Azərbaycanın real ÜDM-i illik ifadədə 1,6% artıb, neftsektorunda hasilat həcmləri 1,8% azalıb, qeyri-neft sektorunda isə3,2% iqtisadi artım müşahidə olunub.

2025-ci ilin 9 ayı ərzində neft hasilatı 20,7 milyon ton təşkiledib ki, bu da orta hesabla günə təxminən 570 min bareləbərabərdir. “Fitch” 2027-ci ilə qədər neft hasilatı həcminin günə565 min barelə enəcəyini gözləyir. 2025-ci ilin 9 ayı ərzində təbiiqaz hasilatı 38,2 milyard kubmetrə çatıb və agentlik qazhasilatının pik həddə 2025-ci ildə çatacağını proqnozlaşdırır.

Qeyd edək ki, Azərbaycan hökuməti 2026-cı ildə ölkənin ÜDM-nin134,1 milyard manat (78,88 milyard ABŞ dolları) səviyyəsinəçatacağını, bunun 101,7 milyard manatının (59,82 milyard ABŞdolları) qeyri-neft-qaz sektorunun payına düşəcəyiniproqnozlaşdırır.

Beləliklə, hökumətin qiymətləndirməsinə əsasən, 2026-cı ildəiqtisadi artım 3,2% təşkil edəcək, o cümlədən qeyri-neft-qazsektorunda artım 8,8% səviyyəsində olacaq.

Hökumətin yenilənmiş proqnozlarına görə, 2025-ci ildəAzərbaycanın ÜDM-nin həcmi 129,9 milyard manat (76,41 milyard ABŞdolları) gözlənilir ki, bunun da 93,5 milyard manatı (54,99 milyardABŞ dolları) qeyri-neft-qaz sektorunun hesabına formalaşacaq.

Məqalədə:
Seçilən
129
3
az.trend.az

4Mənbələr