Bakı, 19 dekabr, AZƏRTAC
Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun “Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları” üzrə altqrupun dekabrın 26-da onlayn formatda növbəti iclasının keçirilməsi nəzərdə tutulur.
AZƏRTAC Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yaydığı məlumata istinadla xəbər verir ki, iclasda ESG prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviq edilməsi üzrə 2025-ci il üçün Yol Xəritəsinin ayrı-ayrı bəndləri üzrə görülmüş işlərə dair təqdimatlar ediləcək və qarşıda duran digər vəzifələr ilə bağlı məsələlər barədə müzakirələr aparılacaq.
İclasda altqrupa üzv olan dövlət orqanlarının, eləcə də yerli və özəl şirkət və təşkilatların məsul şəxsləri iştirak edəcək.