Bakı. Trend:
Külli miqdarda pul leqallaşdırmaqda təqsirləndirilən İlqarHacıyevin məhkəməsi başlayır.
Trend xəbərverir ki, bağlı cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinəgöndərilib.
İş baxılması üçün hakim Hafiz Kamranovun icraatına verilib vəhazırlıq iclası 29 dekabra təyin edilib.
Qeyd edək ki, İlqar Hacıyev barəsində 2017-ci ilədək qüvvədəolan AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilətəqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbuledilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənardagizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarışelan olunub. Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2021-ci iltarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiriseçilib.
Noyabrın 14-də ittihamın məzmununa əlavələr və dəyişiklikləredilib və İlqar Hacıyev barəsində Cinayət Məcəlləsinin 1 dekabr2017-ci ilədək qüvvədə olan 178.3.2 və 193-1.3.2 maddələri ilətəqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbuledilib.