Bakı, 19 dekabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 50 nəqliyyat vasitəsi satılıb.
AZƏRTAC Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, hərraclara çıxarılan əmlaklara ümumilikdə 78 sifariş qəbul edilib. Bunlardan 13-ü onlayn qaydada həyata keçirilib.
Rəqabətli keçən hərracda start qiyməti 3300 manat olan “Hyundai H-1” markalı mikroavtobus 10 min 533 manata, 9700 manat olan “Hyundai County” markalı avtobus isə 16 min manata satılıb. Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.
Dövlət əmlakı üzrə növbəti hərrac dekabrın 23-də keçiriləcək.