AZ

Putin NATO Baş katibini sərt TƏNQİD ETDİ: Sən heç oxuya bilirsən? – VİDEO

Putin NATO Baş katibini sərt tənqid edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Rusiya lideri Mark Ruttenin müharibə xəbərdarlığına cavab olaraq ABŞ-nin strategiyasını xatırladıb.

Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin NATO-nun Baş katibi Mark Ruttenin sözlərinə kəskin reaksiya verib. Rutte daha əvvəl Rusiyanın Alyans üçün növbəti hərbi təhlükə ola biləcəyini və mümkün münaqişəyə hazırlaşmağın vacibliyini bildirmişdi.

“Birbaşa xətt” zamanı Putin bu fikirlərə emosional cavab verib:

“O nə danışır? Soruşmaq istəyirəm: ‘Qulaq as, sən Rusiya ilə müharibə haqqında niyə danışırsan?’. Onlar Rusiya ilə müharibəyə hazırlaşmaq istəyirlər. Sən heç oxuya bilirsən? Get ABŞ-nin yeni milli təhlükəsizlik strategiyasını oxu”.

Dövlət başçısı vurğulayıb ki, ABŞ NATO-nun əsas oyunçusu, yaradıcısı və baş sponsorudur:

“ABŞ-nin yeni milli təhlükəsizlik strategiyasında Rusiya düşmən və ya hədəf kimi göstərilmir. Amma NATO-nun Baş katibi bizimlə müharibəyə hazırlaşır. Bu nə deməkdir?”

Qeyd edək ki, bu yaxınlarda Mark Rutte Rusiyanın Şimali Atlantika Alyansı ölkələrinə hücum ehtimalını şərh edərkən NATO ölkələrinin “Rusiyanın növbəti hədəfi” olduğunu bəyan etmişdi.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
60
interpress.az

1Mənbələr