AZ

Qvardiolanı Mareska əvəzləyəcək?

“Çelsi”nin baş məşqçisi Entso Mareska cari mövsümün sonunda “Mançester Siti”nin “sükanı arxası”na keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Msport.az xəbər verir ki, onun sözlərini jurnalist Ben Ceykobs belə çatdırıb:

“Bunun mənə aidiyyatı yoxdur. Bilirəm ki, 100 faiz spekulyasiyadır. Belə şeylərə vaxtım yoxdur. “Çelsi” ilə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqaviləm var. Klubdakı işimə köklənmişəm. Fəxr edirəm ki, buradayam. Heç nəyə fikir vermirəm. Hə, bu məlumatların niyə yarandığını anlamaq vacibdir, amma dediyim kimi, spekulyasiyadır”.

Seçilən
60
msport.az

1Mənbələr