ain.az, Footbal-plus saytına istinadən bildirir.
Hakan Çalhanoğlunun son vəziyyəti ilə bağlı məlumat yayılıb."Football-plus.az" xəbər verir ki, “İnter”in türkiyəli futbolçusu “Bolonya” ilə növbəti matçda heyətə daxil ediləcək. O, İtaliya Superkuboku oyunu üçün Səudiyyə Ərəbistanına komandası ilə birgə yollanacaq. İtaliya mətbuatının məlumatına görə, Çempionlar Liqasının “Liverpul”la matçında zədələnərək növbəti iki oyunu buraxan təcrübəli yarımmüdafiəçi hələ tam sağalmasa da, heyətə daxil edilib.Hakan bu mövsüm “İnter”də 18 oyunda iştirak edib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.