AZ

Qulaq ağrısı nə zaman təhlükəlidir?

Qulaq ağrısı uşaqlarda və böyüklərdə tez-tez rast gəlinən sağlamlıq problemidir.

 

Pravda.az bildirir ki, ağrı əsasən qulaq infeksiyaları, soyuqdəymə, sinuzit, qulaq kiri yığılması, hava təzyiqinin dəyişməsi və ya boğaz-çənə problemləri ilə bağlı ola bilər.

 

Qulaq ağrısı bəzən yüngül narahatlıq şəklində, bəzən isə kəskin və davamlı ola bilər.

 

Mütəxəssislər qeyd edirlər ki, qulaq ağrısı ilə yanaşı hərarət, qulaqdan axıntı, eşitmənin azalması və ya şiddətli ağrı müşahidə olunursa, mütləq həkimə müraciət edilməlidir. Yüngül hallarda isə istirahət, ilıq və ya soyuq kompres və həkim məsləhəti ilə istifadə olunan ağrıkəsicilər ağrının azalmasına kömək edə bilər.

 

Əminə Bayramova

Tarix: 19 Dekabr 2025, 17:58   
Seçilən
29
pravda.az

1Mənbələr