Bakı.Trend:
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindənson bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Sumqayıtşəhəri, Quba, Ağdam və İsmayıllı rayonlarının inzibati ərazilərindəyaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Bu barədə Trend-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindənməlumat verilib.
Bildirilib ki, araşdırma zamanı Sumqаyıt şəhəri Kаmrаn Hüsеynоvküçəsində, Quba rayonunun Bad, Ağdam rayonunun Əliağalı kəndlərindəvə İsmayıllı-Qaraməryəm yolunun Balik kəndi ərazisindən keçənhissəsində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara297040 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayəttərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçüntoplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.