AZ

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

Energetika naziri Pərviz Şahbazov Zərdab rayon Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə vətəndaşların elektrik enerjisi və təbii qaz təchizatı, qaz və elektrik xətlərinin çəkilişi və yenilənməsi, qazdan istifadəyə görə borcun yaranması, elektrik təsərrüfatının yenilənməsi, sayğacların quraşdırılması, şəbəkəyə qoşulma, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, elektrik enerjisinin keyfiyyəti, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib.

Qaldırılan məsələlərin mövcud normativ-hüquqi aktlara uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə Göygöl şəhəri, Zərdab, Ucar, Ağsu, Kürdəmir və Ağcabədi rayonlarından olan 28 vətəndaş iştirak edib.

Seçilən
39
4
azerbaijan-news.az

5Mənbələr