“Qarabağ”ın bud-çanaq oynağından əməliyyat olunan qapıçısı Şahruddin Məhəmmədəliyevin yaşıl meydanlara qayıdacağı tarix məlum olub.
Msport.az xəbər verir ki, həkimlərin rəyinə görə, millimizin üzvünün bərpa müddəti 4-5 ay çəkəcək.
Ötən gün Azərbaycan Premyer Liqasının I turundan təxirə salınan “Sabah”la matçda zədələnən yarımmüdafiəçi Joni Montiel isə arxa bud əzələsinin gərilməsi səbəbindən müalicə olunur. Onun yaşıl meydanlara qayıdışı 7–10 gün ərzində gözlənilir.
Komandanın digər üzvü Kadi Borqes isə bərpa prosesinin növbəti mərhələsi olaraq yanvarda fərdi məşqlərə başlayacaq.