AZ

SABİQ NAZİRDƏN Meğri dəmir yolu ilə bağlı SƏRT AÇIQLAMA

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Zəngəzur dəhlizi” ətrafında yaranmış müzakirələrə münasibət bildirərək Rusiya və Ermənistan tərəflərinə ünvanlanan sərt açıqlama ilə çıxış edib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, rəsmi Moskva qəfil şəkildə Ermənistanın Meğri rayonu üzərindən keçən dəmir yolunun guya “Rusiya Dəmir Yollarına” məxsus olduğunu xatırlamağa başlayıb.

Zülfüqarov bu fikirləri yerli mediaya şərhində səsləndirib.

Sabiq nazir Rusiya XİN-in MDB ölkələri üzrə 4-cü departamentinin direktoru Mixail Kaluqinin son bəyanatlarına toxunaraq bildirib ki, Kaluqin “Cənubi Qafqaz Dəmir Yolu”nun Ermənistan dəmir yolu şəbəkəsini konsessiya əsasında idarə etdiyini və guya “Zəngəzur dəhlizi”nin da bu konsessiyaya daxil olduğunu iddia edir.

Tofiq Zülfüqarov isə bu yanaşmanı qətiyyən qəbulolunmaz sayır:

“Həm erməni, həm də Rusiya tərəfinə xatırlatmaq istəyirəm ki, Meğri üzərindən keçən həmin dəmir yolu Azərbaycan SSR-in və onun hüquqi varisi olan Azərbaycan Respublikasının mülkiyyətidir. Mülkiyyət hüquqlarımız Alma-Ata Bəyannaməsinə əlavə olunmuş sənədlərlə təsbit edilib. Qanunsuz şəkildə zəbt edilmiş əmlak "Rusiya Federasiyası tərəfindən özəlləşdirilə bilməz!” – deyə sabiq XİN rəhbəri vurğulayıb.


Seçilən
135
azia.az

1Mənbələr