AZ

Türk klubu ilə bağlı sürpriz QƏRAR

Türkiyənin 2-ci liqa təmsilçilərindən “Yeni Malatyaspor”la bağlı sürpriz qərar verilib.

“Cebheinfo.az” xəbər verir ki, Malatya təmsilçisi 3-cü liqaya düşürülüb.

Buna səbəb komandanın ardıcıl 3 oyunda meydana çıxmamasıdır. Belə ki, Türkiyədə davam edən oyun alqı-satqısı ilə bağlı istintaq çərçivəsində “Yeni Malatyaspor”un bir çox futbolçusu cəzalandırılıb. 

Yəni futbolçularından məhrum olan klub heyət qurmaqda çətinlik çəkir. Nəticədə, Türkiyə Futbol Federesiyasının (TFF) qərarı ilə komanda cəzalandırıldı. Bu mövsüm 2-ci liqada “Yeni Malatyaspor”la qarşılaşmalı olan bütün komandalar 3-0 qalib sayılacaq.

Seçilən
48
1
cebheinfo.az

2Mənbələr