AZ

"Birlik" klubunun parakarateçiləri Azərbaycan çempionu olublar

Bakı. Trend:

"Birlik" Karate Klubunun iki parakarateçisi Gənclər və İdmanNazirliyi, Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığıilə gənclər və böyüklər arasında keçirilən Azərbaycan çempionatınınqalibi olublar.

Trend xəbərverir ki, K21 kateqoriyasında mübarizə aparan Ercan Aslan bütünrəqiblərini məğlub edərək qızıl medala sahib çıxıb.

Qadınlar arasında U-21 yaş kateqoriyasında isə Gülay Orucova (61kq) yarışı qalib kimi başa vurub.

Hər iki idmançı Azərbaycan millisinin heyətinə seçilərək,qarşıdan gələn Avropa çempionatında iştirak hüququ əldəediblər.

Qeyd edək ki, Ercan Aslanla Gülay Orucova Azərbaycançempionatına məşqçi Sənan Cəfərovun rəhbərliyi altındahazırlaşıblar.

Məqalədə:
Seçilən
22
8
az.trend.az

9Mənbələr