AZ

“Qu gölü”ndə hər iki günə bilet tükəndi (VİDEO)

Bakı. Trend:

Dünən axşam “Qu gölü”ndə boş yer qalmamışdı.

Trend xəbərverir ki, Heydər Əliyev Sarayında Akademik Opera və Balet Teatrınıntəqdimatında dünya balet sənətinin məşhur incilərindən olan PyotrÇaykovskinin “Qu gölü” baleti “Mariinski” Teatrının aparıcısolistləri tərəfindən tam anşlaqla təqdim edilib.

Odetta - Odiliya obrazını Sankt-Peterburqun “Mariinski”Teatrının prima-balerinası Oksana Skorik, Ziqfrid obrazını“Mariinski” Teatrının aparıcı solisti, Azərbaycan RespublikasınınƏməkdar artisti Timur Əsgərov, Rotbart obrazını - Ağamir Mirzəyev,Təlxək obrazını - Miraydın Abdullayev, Pa-de-trua - Ayan Eyvazova,Liana Praga, Timur Oduşev, balaca qu quşları Yuliya Ferştandt,Leyla Narimanidze, Səbinə Hacıdadaş, Dinara Məmmədova, böyük ququşları - Liana Praga, Əməkdar artist Elmira Süleymanova, SəbinəMəmmədova ifa edib.

Dekabrın 19-na biletlər qısa müddətdə bitdiyindən, tamaşa ikincigün də -dekabrın 23-də də təqdm olulanacaq. Amma dekabrın 23-nəolan tamaşaya da biletlər artıq tükənib.

Məqalədə:
Seçilən
70
5
az.trend.az

6Mənbələr