AZ

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

Dekabrın 19-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Əli Xəlil Mustafa ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan və İraq arasında siyasi və tarixi dini-mənəvi əlaqələrin inkişafının vacibliyinə toxunan A.Paşazadə İraqa səfərlərini xatırlayıb.

O vurğulayıb ki, ölkələrimiz, xalqlarımız arasında tarixi, ənənəvi mədəni-mənəvi, doğma münasibətlərin qorunub saxlanılması, inkişaf etdirilməsi olduqca mühüm əhəmiyyət kəsb edir.

QMİ-nin sədri bu yaxınlarda Ər-Riyadda keçirilən BMT Sivilizasiyalar Alyansının XI Global Forumunda iştirakından, keçirdiyi görüşlərdən bəhs edib, eləcə də İraqda nüfuzlu din alimləri, tanınmış üləmalarla görüşməyin önəmli olduğunu ifadə edib.

İraqlı diplomat isə A.Paşazadənin Azərbaycan-İraq dini-mənəvi əlaqələrinin dərinləşməsi istiqamətində fəaliyyətini minnətdarlıqla vurğulayıb. Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərdən, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən qürur duyduğunu ifadə edib.

Seçilən
85
azerbaijan-news.az

1Mənbələr