Rüstəm Nəcəfovun verdiyi məlumata görə, dekabrın 23-dən 27-dək Türkiyənin Ərciyəs Dağ Kurortunda birliyə üzv 8 ölkənin marketinq komandalarının görüşü baş tutacaq:

"Fevral ayında isə Qazaxıstanda növbəti yarış keçiriləcək. Ümidvarıq ki, bu perspektivli istiqamətdə Azərbaycan öz iştirakını daha da inkişaf etdirəcək, ölkəmizdə daha böyük və mötəbər tədbirlər keçiriləcək, kurortların sayı artacaq".
Sədr vurğulayıb ki, Avrasiya Dağ-Xizək Kurortları Alyansı "Şahdağ" Turizm Mərkəzinin ikinci əsas əməkdaşlıq istiqamətidir:
"Bu alyansla da qarşılıqlı fəaliyyətimiz ildən-ilə artmaqdadır. Bu əməkdaşlıq çərçivəsində fevralda Qazaxıstanın iki kurortunda yarışlar və tədbirlər baş tutacaq".



AzVision.az