AZ

İran: ABŞ nın çirkin üzünü ortaya qoyan qərar

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Tramp hökuməti, 2026-cı il Dünya Kuboku matçları üçün İran, Haiti, Senegal və Fil Dişi sahilindən olan azarkeşlərin ölkəyə daxil olmasına icazə verilməyəcəyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə İran mətbuatı məlumat verib.

Dünya Kubokunda "G" qrupunda yer alan İranın qrupdakı rəqibləri Belçika, Misir və Yeni Zelandiyadır. İran komandası, ABŞ-ın Los-Anceles şəhərində iki, Sietl şəhərində isə bir oyuna çıxacaq. Los-Anceles şəhəri, İran xaricində dünyanın ən böyük İranlı icmasına sahibdir.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026-cı il FIFA Dünya Kuboku, tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək. Turnirdəki matçlar 11 iyun-19 iyul 2026-cı illər tarixləri arasında keçiriləcək.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
86
bizimyol.info

1Mənbələr