AZ

“Nəfəsin potensialı yoxdur, ifaçı deyil…”

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Müğənni Vüsal Hacıyev canlı yayımda həmkarı Nəfəs barədə sərt açıqlamalar verib.

Milli.Az xəbər verir ki, o, Nəfəsi ifaçı kimi qəbul etmədiyini və onun sənət potensialı görmədiyini bildirib.

Vüsal Hacıyev Nəfəsin ifa baxımından Damla və Kəmalə Günəşlidən daha zəif olduğunu qeyd edib.

Hacıyev bildirib ki, Nəfəs sevilən sima olsa da, onun öz sənət yolu var və bu, ifaçılıq potensialı ilə bağlı deyil. Müğənni əlavə edib ki, Nəfəslə duet oxumağı da düşünmür, çünki onda lazımi potensial görmür.

Açıqlamasında Damla haqqında da danışan Vüsal Hacıyev onun səsinin gözəl olduğunu və ifa imkanlarının daha geniş olduğunu vurğulayıb.

Verilişdə səslənən bu fikirlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub və müxtəlif reaksiyalar doğurub.

Musa

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
55
1
news.milli.az

2Mənbələr