AZ

Danimarka Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ: Seçkilərə müdaxilə edilib

Danimarka Rusiyanı kiberhücumlarda ittiham edib.

İnterpress.az xəbər verir ki, bu barədə Danimarka Xarici və Hərbi Kəşfiyyat Xidməti (FE) məlumat yayıb. Kəşfiyyat xidməti Moskvanı kritik infrastrukturu və su təchizatı sistemini vurmaqda günahlandırır.

Məlumata görə, Danimarka kəşfiyyatı Rusiyanı birbaşa olaraq kritik infrastruktur və seçki prosesinə təsir edən silsilə kiberhücumlarda ittiham edib.

Xidmətin məlumatına əsasən, rəsmi Moskva bu ilin noyabrında keçirilən bələdiyyə seçkiləri ərəfəsində Danimarka saytlarını sıradan çıxaran bir neçə DDoS hücumunun arxasında dayanır.

Həmçinin bildirilir ki, 2024-cü ildə ölkənin su təchizatı sistemi də zərbə altına düşüb: müəssisələrdən biri hücuma məruz qalıb. Kəşfiyyat iddia edir ki, bu əməliyyatların arxasında Kremlə bağlı iki haker qruplaşması dayanır və onların fəaliyyəti koordinasiya edilmiş kampaniyanın bir hissəsi kimi qiymətləndirilir.

“Rusiya dövləti hər iki qruplaşmadan Qərblə hibrid qarşıdurma aləti kimi istifadə edir. Məqsəd qeyri-müəyyənlik və qeyri-sabitlik yaratmaqdır”, – deyə FE-dən bildirilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
89
interpress.az

1Mənbələr