“TƏBİB-in tabeleyindəki tibb müəssisələrində normal doğuşların sayı 27 min 679 olub ki, bu da 2024-cü il ilə müqayisədə 11 faiz artım deməkdir”.
O qeyd edib ki, qeysəriyyə əməliyyatlarının sayı isə 26 min 285 olub və 2024-cü il ilə müqayisədə 9 faiz azalıb:
“Ümumi qeysəriyyə əməliyyatlarının əmsalı 49 faiz təşkil edib. Vaxtından əvvəl doğuşların sayı 3926 olub, bu da əvvəlki il ilə müqayisədə 6 faiz azalma deməkdir”.