Bakı.Trend:
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilətexnopark rezidenti olan 100-dən çox şirkətin nümayəndələri iləgörüş keçirilib.
Trend xəbərverir ki, görüş əsnasında texnopark fəaliyyətinin mövcud vəziyyətimüzakirə edilib, gələcək inkişaf planları haqqında məlumat verilib,İKT məhsullarının ixrac imkanları üzrə fikir mübadiləsi aparılıb vərezidentlər arasında əməkdaşlığın gücləndirilməsi məqsədiləşəbəkələşmə sessiyası təşkil edilib.
Tədbiri giriş sözü ilə açan İRİA-nın İdarə Heyətinin sədri FəridOsmanov rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri,texnoparkların bu strategiyada rolu və rezidentlərlə qurulantərəfdaşlıq modeli barədə məlumat verib:
"İRİA olaraq məqsədimiz texnopark rezidentlərinin şəbəkəsinidaha da genişləndirmək, rezidentlərin biznes tərəfdən inkişafınareal dəstək göstərmək və xüsusilə də yerli İKT məhsullarının ixracpotensialını təşviq etməkdir. Bu yanaşmanın nəticələrini artıqkonkret statistikada da görürük. Texnopark rezidentlərinin sayı2023-cü ildə 70 olduğu halda, 2024-cü ildə bu rəqəm 118-ə yüksəlib,2025-də isə artıq 163 şirkət texnoparkımızın rezidentidir".
İRİA-nın Texnoparklarla iş şöbəsinin müdiri Elvin Hacıyevtexnopark fəaliyyətinin mövcud vəziyyəti, əldə olunmuş nəticələr vəqarşıdakı dövr üçün planlar barədə təqdimatla çıxış edib.Təqdimatda rezidentlərlə əməkdaşlığın gücləndirilməsi, icmayanaşmasının formalaşdırılması və texnoparkların ölkəiqtisadiyyatında real dəyər yaradan biznes platformasına çevrilməsiəsas istiqamətlər kimi qeyd olunub.
Agentliyin İqtisadi təhlil şöbəsinin müdiri, iqtisad elmləriüzrə fəlsəfə doktoru Cavid Süleymanlı İKT sənayesininiqtisadiyyatda rolu, qlobal tendensiyalar və Azərbaycan üçün mövcudixrac imkanları, müxtəlif ölkələr üzrə bazar araşdırmaları barədəanalitik təqdimat edərək, İKT üzrə ixrac dinamikasınınartırılmasının ölkənin qeyri-neft sektorunun inkişafında mühüməhəmiyyət daşıdığını vurğulayıb.
Tədbir çərçivəsində "Azərbaycanda İKT sənayesi və ixractəcrübəsi" mövzusunda panel sessiyası da keçirilib. Yekundatexnopark rezidentlərinin iştirakı ilə şəbəkələşmə sessiyası baştutub.
Qeyd edək ki, texnopark rezidentliyi çərçivəsində tətbiq olunanmənfəət vergisi, dividend gəlirləri, əmlak və torpaq vergiləri üzrətətbiq olunan güzəştlər, eləcə də gəlir vergisi və sosial sığortamexanizmlərinin sadələşdirilməsi biznes subyektlərinin maliyyədayanıqlığını gücləndirir və onların daha sürətli inkişafınaəlverişli şərait yaradır. Sözügedən imtiyazlar bütövlükdə ölkədəinnovasiyaya əsaslanan və rəqabətqabiliyyətli biznes mühitininformalaşmasına və inkişafına mühüm töhfə verir.