ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Financial Times (FT)” nəşrinin məlumatına görə, bundan sonra Avropa İttifaqı (Aİ) müvafiq kredit layihəsindən imtina edib. “Danışıqlar zalında Makron və Meloni öz ölkələrinin parlamentlərinin Belçikanın kreditin ödənilməsi riskini bölüşmək üçün tələb etdiyi maliyyə zəmanətləri ilə razılaşacağına şübhələrini bildiriblər”, - qəzet yazır. Avropalı məmurların iddiasına görə, Aİ-nin ən böyük iki ağır çəkili fiquru atmosferi dəyişib. - Layihənin qatili Meloni idi. Makron əsasən susurdu”, - Aİ diplomatlarından biri deyib. 
NYT: “Lyayen və Mertsin siyasi iflası”
Aİ-nin digər yüksək vəzifəli diplomatı isə bildirib ki, “təzminat krediti” layihəsi əvvəldən məhvə məhkum idi. Başqa bir Aİ rəsmisi “aktivlərdən istifadə ideyasının həmişə bir qədər real olmadığına” diqqət çəkib. Aİ sammitinin özünü “ikinci dərəcəli hadisə” adlandıran məmur, “əsl aksiyanın” pərdə arxasında baş verdiyini vurğulayıb. Aİ diplomatlarının fikrincə, Belçikanın baş naziri Bart De Veverin prinsipial mövqeyi bir neçə Aİ üzv dövlətinin rəğbətini qazanıb. “Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin Almaniya ilə “təzminat krediti” üzərində həftələrlə işləməsi bir çox ölkələri onsuz da qıcıqlandırırdı. Bu cür qrupların yaradılması Kiçik üzv dövlətlərin Aİ-yə üzv olan kiçik ölkələrin xoşuna gəlmir. Onlar başa düşürlər ki, növbəti dəfə özləri problemlə üzləşə bilərlər”, - diplomatlardan biri deyib. Xatırladaq ki, “The New York Times (NYT)” nəşri Aİ sammitində Ukraynaya təzminat krediti vermək üçün dondurulmuş Rusiya aktivlərinin müsadirəsi ideyasından yekdilliklə imtina edilməsi faktını Almaniya kansleri Fridrix Mertsin və AK-nin sədri Ursula fon der Lyayenin ciddi siyasi məğlubiyyəti kimi qiymətləndirib. Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.