AZ

“Dirçəliş Kuboku” xeyriyyə minifutbol turniri üçün 40 şirkət qeydiyyatdan keçib

Bakı, 19 dekabr, AZƏRTAC

“Dirçəliş Kuboku” xeyriyyə minifutbol turniri üçün 40 şirkət qeydiyyatdan keçib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev söyləyib.

O, turnirin əhəmiyyətindən söz açıb: “Burada “Qarabağ Dirçəliş Fondunun (QDF) donorları iştirak edir. Turnir cəmiyyətimizdə donorlar arasında həmrəyliyin nümunəsidir. Düşünürəm ki, bu yarış ianə mədəniyyətinin təşviqinə də töhfə verəcək”.

 

Seçilən
86
azertag.az

1Mənbələr