AZ

Hakimləri təhqir edən klub rəsmiləri cəzalandırılıb

Hakimləri təhqir edən Azərbaycanın II Liqa təmsilçisi "Şəmkir"in rəsmiləri 4 oyunluq diskvalifikasiya olunub.

Apasport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

XIII turun "Quba" ilə oyunu bitdikdən sonra hakimləri təhqir edən "Şəmkir"in meneceri Taleh Əliyev və digər rəsmisi Elçin Qurbanov 4 oyunluq cəzalanıblar. Bununla yanaşı, hər iki şəxsin hərəkətinə görə klub 1000 manat cərimələnib.

"Şəmkir" 5 oyunçusunun sarı vərəqə almasına görə 70, azarkeşləri tərəfindən hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə isə 600 manat ziyana düşüb.

Şəmkir komandasının futbolçusu Fərid İslamzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb. Onun hərəkətinə görə bölgə klubu 50 manat cərimələnib.

Murad Vəliyev karyerasını Estoniyada davam etdirəcək

Azərbaycan UEFA reytinqində geriləyib

"Abşeron" "Turan Tovuz"la münasibətlərə aydınlıq gətirəcək

Günün oyunları bu kanallarda

ABL: X tura start verilib

Seçilən
57
4
apasport.az

7Mənbələr