AZ

Tramp ABŞ astronavtlarının Aya qayıtması üçün 2028 ci ili müəyyən etdi

Dogru.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp, Amerika astronavtlarının Aya qayıtması üçün son tarix olaraq 2028-ci ili müəyyən edən genişmiqyaslı fərman imzalayıb. Reuters agentliyinin məlumatına görə, “Amerika Kosmik Üstünlüyünün Təmin Edilməsi” adlı yeni sərəncam ölkənin qarşıdakı illərdə iddialı kosmik hədəflərini müəyyən edir.

Doğru.az xəbər verir ki, Vaşinqton Ay səthinə heyət göndərməklə yanaşı, 2030-cu ilə qədər Yer peykində daimi bazanın ilk elementlərini yaratmağı planlaşdırır. Nüvə reaktorlarının orbitdə və Ay səthində yerləşdirilməsi də eyni müddətə nəzərdə tutulub.

Məqalədə qeyd olunur ki, əvvəlcədən 2024-cü ilə qədər Aya eniş planlanmışdı, lakin SLS raketi və Starship ilə bağlı texniki gecikmələr bu tarixin təxirə salınmasına səbəb olub. Bundan əvvəl Tramp 2026-cı maliyyə ili üçün ABŞ müdafiə büdcəsini də imzalayıb.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
49
1
dogru.az

2Mənbələr