AZ

UEFA Konfrans Liqasında liqa mərhələsinə yekun vurulub

UEFA Konfrans Liqasında əsas mərhələnin VI turunun oyunları keçirilib və bununla da liqa mərhələsinə yekun vurulub.

90deqiqe.Az xəbər verir ki, tur çərçivəsində bir neçə qarşılaşma gərgin mübarizə və gözlənilməz nəticələrlə yadda qalıb.

Xüsusilə “Lozanna”nın İtaliya nəhəngi “Fiorentina” üzərində minimal hesablı qələbəsi turun ən böyük sensasiyalarından biri olub. İsveçrə təmsilçisi bu nəticə ilə pley-offa yüksəlib.

İspaniyanın “Rayo Valyekano” klubu “Drita”ya qarşı inamlı oyun nümayiş etdirərək 3:0 hesablı qələbə qazanıb və liqa mərhələsini ilk “8-lik”də başa vuraraq birbaşa 1/8 finala vəsiqə əldə edib.

Polşanın “Rakov” komandası Kiprdə “Omoniya”nı məğlub etməklə (1:0) ilk səkkizliyə düşərək pley-offdan yan keçib.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmalardan biri də AEK (Afina) – “Universitatya” oyunu olub. Yunanıstan təmsilçisi 3:2 hesablı qələbə ilə azarkeşlərini sevindirərək 1/8 finala yüksəlib.

“Kristal Pelas” – KuPS görüşü isə bol qollu heç-heçə ilə yadda qalıb. İngiltərə klubu iki dəfə hesabda önə keçsə də, Finlandiya təmsilçisi məğlubiyyətdən xilas ola bilib – 2:2.

Turnirin iddialı komandalarından olan “Şaxtyor” (Donetsk) “Riyeka” ilə oyunda üstünlüyünü qola çevirə bilməyib və qarşılaşma 0:0 hesablı heç-heçə ilə başa çatıb. Bu nəticə hər iki komandaya pley-off mərhələsi üçün kifayət edib.

UEFA Konfrans Liqası

Liqa mərhələsi, VI tur

“AZ Alkmaar” (Niderland) - "Yagelloniya" (Polşa) - 0:0

"Şaxtyor” (Donetsk, Ukrayna) - "Riyeka" (Xorvatiya) - 0:0

"Slovan” (Bratislava, Slovakiya) - "Hekken" (İsveç) - 1:0

"Legiya” (Polşa) - "Linkoln" (Cəbəllütariq) - 4:1

"Sparta” (Praqa, Çexiya) - "Aberdin" (Şotlandiya) - 3:0

"Dinamo” (Kiyev, Ukrayna) - "Noa" (Ermənistan) - 2:0

"Kristal Pelas" (İngiltərə) - KuPS (Finlandiya) - 2:2

"Rayo Valyekano" (İspaniya) - "Drita" (Kosovo) - 3:0

"Şemrok Rovers" (İrlandiya) – “Hamrun” (Malta) - 3:1

“Omoniya” (Kipr) – “Rakov” (Polşa) - 0:1

"Maynts" (Almaniya) - "Samsunspor" (Türkiyə) - 2:0

“Strasburq” (Fransa) - "Breydablik" (İslandiya) - 3:1

"Selye" (Sloveniya) - "Şelburn" (İrlandiya) – 0:0

“Zrinski” (Bosniya və Herseqovina) - "Rapid" (Avstriya) - 1:1

AEK (Afina, Yunanıstan) – “Universitatya” (Rumıniya) - 3:2

"Siqma" (Çexiya) - "Lex” (Polşa) - 1:2

AEK (Larnaka, Kipr) – “Şkendiya” (Şimali Makedoniya) - 1:0

"Lozanna" (İsveçrə) - "Fiorentina" (İtaliya) - 1:0

Beləliklə, bu nəticələrdən sonra “Strasburq”, “Rakov”, AEK (Afina), “Sparta”, “Rayo Valyekano”, “Şaxtyor”, “Maynts” və AEK (Larnaka) birbaşa 1/8 finala vəsiqə qazanıblar.

“Lozanna”, “Kristal Pelas”, “Lex”, “Samsunspor”, “Selye”, “AZ Alkmaar”, “Fiorentina”, “Riyeka”, “Yagelloniya”, “Omoniya”, “Noa”, “Drita”, KuPS, “Şkendiya”, “Zrinski” və “Siqma” isə pley-off mərhələsində mübarizəni davam etdirəcəklər.

Qeyd edək ki, UEFA Konfrans Liqasında pley-off mərhələsinin oyunları 2026-cı il fevralın 19–20-də keçiriləcək.

Seçilən
9
2
90deqiqe.az

10Mənbələr