"İnter Mayami"nin ulduz futbolçusu Lionel Messiyə Hindistana səfəri çərçivəsində son dərəcə nadir və bahalı hədiyyə təqdim olunub.
Publika.az xəbər verir ki, argentinalı hücumçuya "Richard Mille RM 003-V2 GMT Tourbillon Asia Edition" markalı ultra-nadir saat hədiyyə edilib. Bu hədiyyəni ona hindistanlı milyarder rəsmi görüşlərdən birində təqdim edib.
"Perplexity" analitik platformasının qiymətləndirməsinə görə, saatın dəyəri təxminən 1,1 milyon dollardır. Məhsul məhdud buraxılış seriyasına aiddir və markanın ən nadir modellərindən biri sayılır.