AZ

Putin Kiyevdən dialoqa hazır olduqları barədə siqnallar aldıqlarını deyib


Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya Ukraynadakı müharibəni ötən ilin iyununda RF Xarici İşlər Nazirliyinin açıqladığı prinsiplər əsasında, dinc yollarla başa çatdırmaq istəyir.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə ənənəvi “İlin yekunları” çıxışı zamanı bildirib.
“Biz hələlik Ukraynanın sülhə hazır olduğunu doğrudan da görmürük. Xatırlayırıq ki, hər şey nədən başladı. 2014-cü ildə Ukraynada dövlət çevrilişi ilə başladı, Minsk razılaşmalarının nəticələri əsasında bütün problemlərin dinc yolla həll ediləcəyi ilə bağlı aldadılma ilə başladı. İndi isə Ukrayna bu münaqişəni dinc vasitələrlə başa çatdırmaqdan imtina edir”, – deyə Putin bildirib.
Rusiya Prezidenti, həmçinin Kiyevdən dialoqa hazır olduqları barədə siqnalların alındığını deyib.
Seçilən
45
1
yeniavaz.com

2Mənbələr